Sürücülərin nəzərinə -   Yollardakı bu nişanlar dəyişir

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə - Yollardakı bu nişanlar dəyişir

Sosial

04 İyun 2026 11:08 224


“Yol hərəkəti haqqında” qanuna məlumatverici-göstərici nişanlarla bağlı dəyişiklik təklif olunur.

“Yeni Sabah” xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Mövcud qanunvericiliyə görə, məlumatverici nişanlar düzbucaq formasında olur, sürücülərin və hərəkətin digər iştirakçılarını yolun vəziyyətinin xüsusiyyətləri, yaşayış məntəqələrinin adları, onların keçmə qaydaları, küçələrin və yolların ayrı-ayrı sahələrində hərəkət rejiminin müəyyənləşdirilməsi üçün nəzərdə tutulub. Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları deməkdir. pizza mizza

Layihədə isə təklif olunur ki, göy fon avtomagistral və bütün avtomobil yollarını ifadə etsin.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!