Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Qaradağ rayonunun Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq: Sezar pizza
- 10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;
- 11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.
Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.
Telegram kanalımız