Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi   yollar bağlanacaq - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bəzi yollar bağlanacaq - SƏBƏB

Sosial

04 Sentyabr 2026 20:47 34


Sentyabrın 5-də Bakıda keçiriləcək "İRONMAN 70.3" yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların "Azneft" dairəsi istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu - İpək yolu - Mikayıl Müşfiq küçəsi - Nəriman Nərimanov prospekti - Mehdi Hüseyn küçəsi - Şeyx Şamil küçəsi - İstiqlaliyyət küçəsi - Niyazi küçəsi ilə təşkil ediləcək. pizza sifarişi

"Eyni zamanda, Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək", - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!