Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni radar quraşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yeni radar quraşdırıldı

Sosial

23 May 2023 23:35 1463


Bakıda yeni radar cihazı quraşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin cihaz Xətai rayonu, “8 Noyabr” prospektində, “Ağ Şəhər” istiqamətində yolun sağ tərəfində qoyulub. 

Dirək formasında olan cihaz ən son texnologiya və müasir avadanlıqlarla təchiz olunub. pizza mizza

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cihaz üç funksiyanı eyni anda icra edə bilir.

O bildirib ki, müasir cihaz gecə və gündüz şəraitində quraşdırıldığı ərazidə görüntüləri kefiyyətli formada qeyd edir.

Elməddin Muradlı hesab edir ki, funksiyaları çox olan bu cihaz respublika əhəmiyyətli yollarda da quraşdırılmalıdır.

Sözügedən radarın quraşdırılmasını sürücülər isə birmənalı olaraq dəstəkləyiblər. Onlar təhlükəsizlik baxımından sürücülər üçün effektli olacağını düşünürlər.

Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə bildirib ki, hərəkətin təhlükəsizliyi üçün qurulan radar qurğusu hələlik test mərhələsindədir və ona görə də radar qurğusu heç bir cərimə qeydə almır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!