Tacikistandakı güclü zəlzələ - 3 yaşlı uşaq həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Tacikistandakı güclü zəlzələ - 3 yaşlı uşaq həlak oldu

Dünya

13 Aprel 2025 16:56 314


Tacikistanda baş vermiş güclü zəlzələ nəticəsində üç yaşlı uşaq həlak olub.

Oxu.Az bu barədə Tacikistan hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin Böhranlı Vəziyyətləri İdarəetmə Mərkəzinin məlumatına istinadla xəbər verir.

Bildirilir ki, Rəşt rayonunun kəndlərinin birində yaşayış evinin divarının uçması nəticəsində uşaq dağıntılar altında qalaraq həlak olub.

Qeyd edək ki, Tacikistan ərazisində gün ərzində iki zəlzələ baş verib. Birincisi 5.9, ikincisi isə 4.5 maqnitudalı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!