Taksi ilə bağlı daha bir tələb - Video

saytların hazırlanması

Evə çatdırılma

Taksi ilə bağlı daha bir tələb - Video

Sosial

20 Yanvar 2026 01:54 1009


Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər.

"Yeni Sabah" "Xəzər TV"yə istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb.

Sürücülər deyirlər ki, artıq xeyli müddətdir yalnız paytaxt ərazisindən sifariş alırlar. Pepperoni pizza

Bəzi sürücülərin fikrincə, digər rayon və şəhərlərdən buraxılış kartı alanların ancaq həmin ərazilərdə işləyə bilmələri taksi sayına da təsir edir.

Bəzi sürücülər isə hələlik belə qaydanın tətbiqindən xəbəsizdirlər.

Məsələ ilə bağlı “Bolt” və “Yango” taksi şirkətlərindən bildirilib ki, qərardan xəbərdardırlar. Bu qərar çərçivəsində onun icra üsulları müzakirə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!