Taksidə yeni qiymət böhranı - “İnsanlar qanad açıb uçmalıdır?”

saytların hazırlanması

Evə çatdırılma

Taksidə yeni qiymət böhranı - “İnsanlar qanad açıb uçmalıdır?”

Avto

18 Sentyabr 2026 14:41 80


Bakıda taksi qiymətlərinin artması sərnişinlərin narazılığına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, “Xəbər ertəsi” proqramında mövzu müzakirə olunarkən aparıcı Aytən Səfərova adi günlərdə 3-4 manata gedilən məsafənin bəzi hallarda 20 manata qədər bahalaşdığını bildirib.

Digər aparıcı Mehman Rəsulov isə pik saatlarda qiymətlərin daha da yüksəldiyini deyib: pizza

“Necə 4 manatlıq yol 25 manat ola bilər? Taksi sayı azaldı, metro xətti də bağlandı. İnsanların başqa yolu yoxdur”.

Sosial şəbəkələrdə də son günlər taksi xidmətləri ilə bağlı şikayətlərin artdığı, bəzi sürücülərin sifarişi qəbul etdikdən sonra sərnişini gözlətdiyi və daha sonra imtina etdiyi bildirilir.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!