Əfqanıstan Pakistana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib.
“Yeni Sabah” xəbər verir ki, “Taliban” rəhbərliyi şərq qonşusunun sərhədboyu puştun etnik qrupunun yaşadığı ərazilərinin özlərinə aid olduğunu iddia edib. Rəsmi Kabil Hayber-Paxtunxva əyaləti və Federal İdarə Olunan Tayfa Ərazilərinin (FATA) qeyd-şərtsiz Əfqanıstana verilməsini tələb edir.
Maraqlı məqam budur ki, İslamabad yuxarıda adı çəkilən ərazilərə onsuz da nəzarət edə bilmir və bu vilayətlər yerli qəbilə aristokratiyasının yurisdiksiyasındadır. Dördpendirli pizza
Qeyd edək ki, Əfqanıstanın Pakistana ərazi iddialarının təməlində 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqan əmiri Əbdürrəhman xan arasında imzalanmış müqavilə ilə çəkilmiş Dürand xətti durur.
2670 km uzunluğunda olan bu sərhəd xətti tarixən puştun tayfalarının məskunlaşdığı vahid etnik torpaqları iki yerə böldü. Əfqanıstanın heç bir hökuməti (nə krallıq, nə respublika, nə də "Taliban" rejimləri) bu xətti rəsmi beynəlxalq sərhəd kimi tanımayıb.
Nazim Hacıyev
Telegram kanalımız