“Tam səmimi ancaq hamamda ola bilərik” – Nura

“Tam səmimi ancaq hamamda ola bilərik” –
Sent 11, 2019 14:20
Oxunma sayı: 147

“Tam səmimi ancaq hamamda və tualetdə ola bilərik”.

 “Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Nura Suri Publika.az-a açıqlamasında deyib. 

İfaçı ona ünvanlanan “Nura xanım, kamera qarşısında səmimisiniz, yoxsa kamera arxasında?” sualına ifaçı maraqlı cavab verib:

“Aşırı dərəcədə səmimi insan normal ola bilməz. Biz özümüzlə tam səmimi ancaq hamamda və tualetdə ola bilərik. Tam səmimi olmaq ruhunu hər kəsin qarşısında çılpaq soyunmaq deməkdir. Səmimiyyət odur ki, bir şey düşünüb başqa cür hərəkət etmirsən, bax bu, mənim üçün çox vacibdir. Yad adamların yanında həm səsinin tonuna nəzarət edir, həm özünü aparmağına diqqət edirsən, bir sözlə, özünü yığışdırırsan, hər şey dəyişir. Bu, mədəniyyət və tərbiyə göstəriciləridir. Əlbəttə ki, evdə ayaqlarını divana çox rahat şəkildə uzadıb yemək yeyə bilərsən. Amma kiminsə yanında bunu edə bilməzsən. Bəzi insanların davranışlarını səmimiyyət kimi qələmə verib ona göz yumurlar. İndi tərbiyəsizliklə səmimiliyi səhv salırlar.

Şizofreniya və ya psixoloji durumu normal olmayan insanlar istənilən vəziyyətdə tam səmimi ola bilər”.

 

Yenisabah.az