Tanınmış futbolçu kariyerasını bitirdi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış futbolçu kariyerasını bitirdi

İdman

08 Oktyabr 2026 10:05 73


"Barselona", "Çelsi" və İspaniya milli komandasının sabiq ulduzu Pedro Rodriqes 39 yaşında peşəkar futbolçu karyerasına yekun vurub. Karyerası boyunca Saysız-hesabsız titul kazanan təcrübəli hücumçu yaşıl meydanlarla vidalaşdığını rəsmən elan edib.

“”Yeni Sabah” xəbər verir ki, vidalaşma qərarı ilə bağlı emosional açıqlama verən Pedro futbol dünyasına və azarkeşlərinə təşəkkür edib:

"Hiss edirəm ki, artıq bunun vaxtıdır. Həyatımda irəliyə doğru addım atmaq və yeni bir mərhələyə başlamaq vaxtıdır. Arxada qoyduğum karyera ilə qürur duyuram. Arzumu yaşadığım və onu gerçəkləşdirmək üçün yanımda olan bütün insanlarla bu yolu keçdiyim üçün xoşbəxtəm. Məni bu qədər xoşbəxt etdiyin üçün təşəkkürlər, futbol". Toyuqlu pizza

Qeyd edək ki, unudulmaz karyerası ərzində 889 rəsmi matçda meydançaya çıxan ispan hücumçu 218 qol vurub və 106 məhsuldar ötürmə edib. Pedro təkcə fərdi göstəriciləri ilə deyil, qazandığı 25 titulla (o cümlədən Dünya Çempionatı, Avropa Çempionatı və Çempionlar Liqası kubokları) futbol tarixinin ən titullu oyunçularından biri kimi adını salnamələrə yazdırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!