“Tarixə yazılan 5 il” - Vüqar Rəhimzadə

saytların hazırlanması

Evə çatdırılma

“Tarixə yazılan 5 il” - Vüqar Rəhimzadə

Sosial

11 Aprel 2023 20:39 586


“Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Dövlət başçısı İlham Əliyevin 11 aprel 2018-ci il prezident seçkilərində seçicilərin 86,02 faiz səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində səsləndirdiyi bu fikirlər qarşıdakı dövrün yol xəritəsi oldu. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan son 5 ilin iki ildən artıq dövrünü tarixi Zəfərin sevincini yaşamaqla, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət almasında böyük qürur hissi keçirməklə qeyd edib. 2018-2020-ci illər isə Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların miqyasının genişliyi ilə diqqətdədir.  Dominos pizza

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ümumilikdə cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib. Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib. Dövlətimizin qüdrəti və iqtisadiyyatı daha da artıb. 

2003-2018-ci illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olundu.

Vüqar Rəhimzadə qeyd edib ki, növbədənkənar prezident seçkilərindən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin mərhələ islahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə səciyyələnir. 44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!