Tarkanın "Baku Crystal Hall"dakı konsertində pərəstişkarlarından birinin səhnəyə çıxaraq onunla selfi çəkdirməsi maraq doğurub.
Yenisabah.az Bizim media-ya istinadla xəbər verir ki, həmin xanım keçmiş "Kristal" qrupunun üzvlərindən biri olan müğənni Lalə imiş.
Türk vətəndaşı Nurkanla ailəli olan və səhnədən uzaqlaşan Lalə bir neçə il əvvəl əri ilə birlikdə ATV kanalında aparıcılıq da edib. Lakin sonradan bu sahədən də ayrılaraq o, bloqçu kimi sosial şəbəkədə fəaliyyət göstərir. Dördpendirli pizza
Tarkanla səhnədə görüşünün görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə paylaşan Lalə arzusunun gerçəkləşdiyini yazıb.
Telegram kanalımız