TƏBİB-də kadr dəyişikliyi: Yeni müşavir kimdir? -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB-də kadr dəyişikliyi: Yeni müşavir kimdir? - FOTO

Sosial

08 Sentyabr 2026 14:19 126


İnarə Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə "Yeni Sabah"a TƏBİB-dən məlumat verilib. 

Maliyyə və sığorta sektorlarında 20 illik peşəkar və idarəetmə təcrübəsinə malik İnarə Vaqif qızı Mirhəsənova TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. pizza hut

İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənmə ilə başa vurub.

Peşəkar fəaliyyəti ərzində maliyyə və sığorta sektorlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb, maliyyə və risklərin idarə olunması, sığorta, investisiyalar, strateji planlaşdırma və korporativ idarəetmə istiqamətlərində geniş təcrübə qazanıb. Karyerasının son 10 ilini PAŞA Qrupunda davam etdirərək Qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Yeni təyinatından əvvəl İnarə Mirhəsənova “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və Baş maliyyə inzibatçısı vəzifəsində çalışıb.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!