Ölkə üzrə 1-15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, peyvəndləmə TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində həyata keçirilib. Pepperoni pizza
Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusu qiymətləndirilir, peyvənddən kənarda qalan və natamam immunizasiya olunan uşaqlar müəyyənləşdirilir. Həmçinin valideynlər maarifləndirilir və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15-31 iyul tarixlərində təlimlər keçirilib. Təlimlərdə 1 435 tibb işçisi iştirak edib.
Telegram kanalımız