TƏBİB rəhbərliyi qrip əleyhinə peyvənd olundu 

saytların hazırlanması

Evə çatdırılma

TƏBİB rəhbərliyi qrip əleyhinə peyvənd olundu 

Sosial

26 Dekabr 2023 10:09 394


TƏBİB-də mövsümi qrip xəstəliyinə qarşı peyvəndlənmə təşkil olunub. 

Yenisabah.az xəbər verir ki, peyvəndlənmə prosesində qurumun rəhbər heyəti və əməkdaşları iştirak ediblər. 

İlkin olaraq müvafiq müayinələrdən keçirilən və əks göstərişin qeydə alınmadığı əməkdaşlara peyvənd vurulub.  Dominos pizza

Qeyd edək ki, ölkəyə Səhiyyə Nazirliyi tərəfindən gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalıdır. Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının tövsiyələrinə müvafiqdir. 

Mövsümi qrip xəstəliyinə qarşı peyvənd olunma xəstəliklərdən qorunmaq və immun sistemi gücləndirmək üçün tövsiyə olunur. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub. 

Peyvəndin tərkibindəki təsiredici maddəyə və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya olması böyüklərdə və uşaqlarda istifadəsinə əks göstərişdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!