Dövlət İmtahan Mərkəzi (DİM) hər il olduğu kimi bu il də abituriyentlərə sosial şəbəkə - "Facebook" üzərindən bir sıra məsləhətlər verib.
Yenisabah.az xəbər verir ki, məlumatda qeyd olunur: "Ali və orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində ayrı-ayrı şəxslər özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar.
Həmin şəxslərin istifadəçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur". Dördpendirli pizza
DİM-in paylaşdığı bu yazıya səssiz qalmayan təhsil eksperti Kamran Əsədov isə öz "Facebook" hesabında münasibət bildirib:
"Əziz abituriyentlər, valideyinlər, müəllimlər!
Dövlət İmtahan Mərkəzinin ÖDƏNİŞSİZ - PULSUZ məsləhət mərkəzləri fəaliyyət göstərir.
Ödənişsiz məsləhət, məlumat almaq istəyənlər o mərkəzlərə müraciət etsin. Başqa kimsə ödənişli xidmət göstərirsə, özü bilər və əcəb də edir. İnsanların vaxtına və özünə hörməti var. Kiminsə başqasına PULSUZ xidmət göstərmək, vaxt ayırmaq BORCU, ÖHDƏLİYİ YOXDUR".
Telegram kanalımız