Təhsil TV-yə direktor təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Təhsil TV-yə direktor təyin edildi

Sosial

10 İyul 2026 12:40 70


Təhsil TV-nin direktoru vəzifəsinə Bəhruz Nəzərov təyin edilib.

"Yeni Sabah" xəbər verir ki, o, müxtəlif illərdə "SPACE" Müstəqil Teleradio Şirkətində, "İnterfaks-Azərbaycan" İnformasiya Agentliyində, "ATV International" telekanalında, "Yurd TV"də müxtəlif vəzifələrdə çalışıb.

Bəhruz Nəzərov həmçinin Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsində mətbuat xidmətinin rəhbəri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru, eyni zamanda "Oil and Industry" jurnalının baş redaktoru olub. Bundan başqa, Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədr müavini, daha sonra isə İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. Marqarita pizza

O, 2012-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2025-ci ildə isə "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!