“Təhsilimiz illərdir ki, mənfidədir, sıfır belə deyil” 

saytların hazırlanması

Evə çatdırılma

“Təhsilimiz illərdir ki, mənfidədir, sıfır belə deyil” 

Sosial

10 Avqust 2022 15:53 1495


““TikTok”un Azərbaycanda bu qədər populyar olması cəmiyyətimizin səviyyəsinin təbii bir nəticəsidir. Təhsil səviyyəsi mənfilərə düşdükdən sonra vəziyyət belə olur”.

“Yeni Sabah” xəbər verir ki, bunu Oxu.az-a müsahibəsindən  tanınmış İT mütəxəssisi Vahid Qasımov deyib. Onun sözlərinə görə, təhsilimiz illərdir ki, mənfilərdədir, sıfır belə deyil:

“Bizim gənclərin əksəriyyətini oxuma-yazma qabiliyyəti olmayan, ancaq vizuallara baxanlar təşkil edir. Bəli, belə bir nəsil yetişir, üç sətirdən artıq yazını gördükləri zaman onları dəhşət bürüyür.  pizza hut

Ona görə də bizdə “Twitter” heç populyar deyil, çünki gənclər nə oxuduqlarını başa düşməyi, nə də qısa cümlələrlə fikirlərini izah etməyi bacarırlar.

Televiziyalarımızın yayım siyasətinə baxdıqda onların səviyyəsinin də camaatın təhsil səviyyəsinə uyğun olduğunu müşahidə edirik. “Bozbaş” müğənnilərdən tutmuş ümumi gündəmə qədər heç bir şey arzulanan səviyyədə deyil. 

Əslində, qəbullanmalıyıq ki, televiziya üçün reytinq önəmlidir. Onların maliyyələşməsi reklamdan asılıdır. Reytinq yüksək olanda reklamı baha sata bilirlər. Aşağı səviyyəli verilişlərdə izlənmə yüksək olduğuna görə televiziyalar yayım cədvəllərində onlara ağırlıq verirlər. Nəticədə gənclərin də marağı həmin müstəvidə inkişaf edir. 

Beləliklə, tələblərinə ən yaxşı cavab verən platforma “TikTok” olur. Videoya baxırsan, hər cür səviyyəsiz məzmun var və məzmun nə qədər səviyyəsizdirsə, izləyicisi bir o qədər çoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!