Hindistanın şimalında yerləşən Cammu və Kəşmir əyalətində silahlıların hücumu nəticəsində bir qadın ölüb, 10 yaşlı uşaq yaralanıb.
Yenisabah.az "Indian Express"ə istinadla xəbr verir ki, polis qadının xəstəxanaya aparıldığını və orada dünyasını dəyişdiyini bildirib. Bu, yerli teleaparıcı Amrin Bhatdır.
Hadisə zamanı o, evdə bacısı oğlu ilə birlikdə olub. Oğlan qolundan güllə yarası alıb, lakin həyatı üçün təhlükə yoxdur.
Polis hücum edənlərin “Laşkar-e-Tayba" terror qruplaşmasının üzvləri olduğunu bildirib.
Telegram kanalımız