Tələbələr nə edəcək? – Kirayə qiymətləri kəskin yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Tələbələr nə edəcək? – Kirayə qiymətləri kəskin yüksəldi

Sosial

01 Sentyabr 2026 16:38 168


Universitetlərdə yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Təhsil mövsümünün yaxınlaşması ilə xüsusilə bölgələrdən Bakıya gələn tələbələrin mənzil axtarışları da artıb. Ali məktəb yataqxanalarında yerlərin məhdud olması isə tələbələrin böyük hissəsini kirayə mənzil bazarına yönəldir. Artan tələbat ənənəvi olaraq avqust-sentyabr aylarında kirayə mənzil bazarında canlanmaya və qiymətlərin yüksəlməsinə səbəb olur. 

Bəs hazırda Bakıda kirayə mənzillərin qiymətləri nə qədərdir?

“Yeni Sabah” xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, hər il avqust ayının sonundan başlayaraq sentyabrın birinci yarısına qədər bölgələrdən təhsil almaq üçün paytaxta gələn minlərlə tələbə kirayə mənzil bazarına müraciət edərək mənzil axtarır: pizza mizza

"Lakin son illərdə daşınmaz əmlak bazarında baş verən qiymət artımları, həmçinin kirayə mənzillərin aylıq kirayə qiymətlərindəki kəskin artımlar da bu problemi daha da çətinləşdirib. Başqa bir tərəfdən isə paytaxt ərazisində aparılan söküntü işləri səbəbindən tələbələr üçün əlçatan qiymətə olan köhnə tikililərdəki kirayəlik mənzillərin, yaxud paytaxtın mərkəzi ərazilərində yerləşən fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərindəki kirayəlik mənzillərin böyük bir qisminin sökülərək paytaxt ərazisindən çıxarılması artıq həmin ərazilərdə olan ucuz kirayəlik mənzillərin kirayə bazarından birdəfəlik çıxmasına gətirib çıxarıb.

Biz qiymətlərə nəzər salsaq, hazırda tələbələrin daha çox üz tutduğu ərazilərdən biri paytaxtın Yasamal, Nərimanov və Nəsimi rayonlarıdır. Bu ərazilərdə də köhnə tikili və yeni tikili binalarda kəskin qiymət artımlarının baş verməsi səbəbindən kirayə qiymətləri artıb və kirayə mənzil tapmaq xüsusən müşkül məsələyə çevrilib. Bu səbəbdən də tələbələrin böyük bir qismi Bakıətrafı ərazilərə üz tuturlar. Bakıətrafı ərazilərdəki ucuz həyət evlərindən kirayə mənzil götürməyə çalışsalar da, məsafənin uzun olması səbəbindən tələbələrin gündəlik bir neçə saatı yollarda sərf olunur və onlar əlavə yol xərclərinə məruz qalırlar".

Ekspert vurğuladı ki, bir zamanlar mövcud olan tələbə yataqxanaları var idi ki, 90-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsi səbəbindən həmin yataqxanalarda məcburi köçkünlər yerləşdirilmişdi:

"Hazırda dövlət tərəfindən məcburi köçkünlərin hər biri mənzillə təmin olunub və azad olunmuş ərazilərimizdə kənd və qəsəbələr bərpa olunduqca onlar mərhələli şəkildə geri köçürülürlər. Bir zamanlar mövcud olan tələbə yataqxanaları artıq yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi torpaq sahələri mövcuddur və həmin torpaq sahələri ali təhsil müəssisələrinin ən yaxın məsafəsində yerləşir. Düşünürəm ki, yaxın gələcəkdə keçmiş tələbə yataqxanalarının yerləşdiyi ərazilərdə daha müasir, hündürmərtəbəli, çoxotaqlı yataqxanalar inşa olunarsa, bu, tələbələrin böyük bir qisminin kirayə mənzil problemini aradan qaldıra bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!