Tələbələr BakıKart üzrə nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni bonus şəklində geri qazana biləcəklər.
Bu barədə "Yeni Sabah"a Təhsilin İnkişafı Fondundan məlumat verilib.
Bildirilib ki, Bilik Günü münasibətilə TələbəPlus kart istifadəçiləri üçün yeni bonus imkanı təqdim olunub. Artıq tələbələr BakıKart üzrə gediş haqqını TələbəPlus kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. pizza mizza
Bonus həm fiziki TələbəPlus kartı, həm də QR ödənişləri zamanı keçərlidir. Tələbələr ilin sonunadək nəqliyyat ödənişlərinə xərclədikləri məbləğin 10%-ni gündəlik say limiti olmadan geri qazana biləcəklər.
Yeni imkan tələbələrin gündəlik nəqliyyat xərclərinin müəyyən hissəsini geri qazanmasına şərait yaratmaqla yanaşı, TələbəPlus kartının istifadəsi üzrə üstünlükləri də genişləndirir.
Qeyd edək ki, təhsil işçiləri üçün Təhsilin İnkişafı Fondu tərəfindən istifadəyə verilən TəhsilPlus kartı ilə ictimai nəqliyyatdan istifadə zamanı da güzəştlər təqdim olunur. TəhsilPlus istifadəçiləri “City Card” və BakıKart üzrə QR ödənişlərində 10% endirimdən yararlana bilirlər.
TələbəPlus kartı Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” tərəfindən tələbələr üçün həyata keçirilən birgə layihədir. Kart tələbələrə nəqliyyatdan istifadə ilə yanaşı, müxtəlif xidmət və məhsullardan yararlanarkən bonus və endirim imkanları təqdim edir.
Aytac Əliyeva
Telegram kanalımız