Telefona gələn bu kod həyatınızı dəyişə bilər - DİQQƏT!

saytların hazırlanması

Evə çatdırılma

Telefona gələn bu kod həyatınızı dəyişə bilər - DİQQƏT!

Sosial

28 Avqust 2026 10:09 211


Kiberdələduzlar vətəndaşların bank hesablarına çıxış əldə etmək və pul vəsaitlərini mənimsəmək üçün yeni üsullardan istifadə edirlər.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, saxta internet səhifələri və keçidlər, hədiyyə və uduş vədləri, eləcə də müxtəlif cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına dair məxfi məlumatlarını ələ keçirməyə cəhd göstərilir.

Nazirlik bildirir ki, kiberdələduzlar özlərini bank və ya digər qurumların əməkdaşı kimi təqdim edərək kart sahibinin adı və soyadı, kartın etibarlılıq müddəti, CVV/CVC kodu və mobil telefona göndərilən birdəfəlik OTP təhlükəsizlik kodunu tələb edə bilərlər. pizza sifarişi

DİN xüsusilə vurğulayır ki, bankların, dövlət və ya özəl qurumların əməkdaşları vətəndaşlardan şəxsi və bank məlumatlarını telefon, sosial şəbəkələr və mesajlaşma tətbiqləri vasitəsilə tələb etmirlər.

Nazirlik vətəndaşlara bank kartı və hesablarına dair məxfi məlumatları heç kimlə paylaşmamağı, tanımadıqları şəxslər tərəfindən göndərilən linklərə daxil olmamağı və şübhəli internet səhifələrində kart məlumatlarını daxil etməməyi tövsiyə edir.

Həmçinin “uduş”, “hədiyyə”, “kampaniya” və digər cəlbedici təkliflərə qarşı diqqətli olmaq, özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin tələbi ilə belə CVV/CVC və OTP kodlarını təqdim etməmək çağırışı edilir.

DİN qeyd edir ki, şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi kart sahibinin xəbəri və razılığı olmadan maliyyə əməliyyatlarının aparılmasına və pul vəsaitlərinin mənimsənilməsinə səbəb ola bilər.

Vətəndaşlar kiberdələduzluqla bağlı hər hansı halla qarşılaşdıqda “102” Xidməti-Zəng Mərkəzinə və ya DİN-in rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!