Təranə ağlamsındı: “Ağır günlər yaşayıram“

saytların hazırlanması

Evə çatdırılma

Təranə ağlamsındı: “Ağır günlər yaşayıram“

Şou

18 Yanvar 2023 17:13 927


“Sözlə belə ifadə edə bilməyəcəyim qədər hədsiz çox ağır, ağrılı, çıxılmaz günlər yaşayıram. Bunu mənə kiminsə yazığı gəlsin deyə yox, öz daxili hayqırtımı çıxarıb, ürəyim yatıb ölməyim deyə yazdım”.

Yenisabah.az xəbər verir ki, bu sözləri prodüser Təranə Səmədova sosial şəbəkə hesabında yazıb.

Yeni doğulan qızı Adel ilə görüntülərini paylaşan prodüser qeyd edib: Dominos pizza

“Qoy bu da burada qalsın. Hə, bir də bu günlərimdə üz tutduğum heç bir kəsi, cavabında aldığım və hətta almadığım heç bir şeyi (əsas müsbət, sonra da mənfi) unutmayacağam. Mən unutsam da, Allah unutmayacaq”. 

Qeyd edək ki, Təranə Səmədovanın qeyri-rəsmi əri Rasim Həsənov bir müddət əvvəl həbs edilib. Rasim Həsənov instaqramda tanış olduğu şəxsi onun haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edib. Rasimin zərərçəkəndən 1100 dollar aldığı bildirilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!