Təyyar Bayramovdan tələbələrinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Təyyar Bayramovdan tələbələrinə xəbərdarlıq

Şou

26 Fevral 2025 01:55 272


"Üzərində işləyən tələbə mənim başımın tacıdır, ən doğmam, ən əzizimdir. Bilmirəm hansı bölgədən, rayondandır və ya qohumu kimdir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Təyyar Bayramov "Xəzər axşamı" verilişində deyib. O, üzərində çalışmayan tələbələrinə xəbərdarlıq da edib:

"Bir dəfə belə bir müsahibə vermişdim. Soruşmuşdular ki, bu tələbələri sizə tapşırırlar? Dedim ki, bəli, demək olar bütün tələbələrimi tapşırırlar. Mən o tapşırığa baxmıram. Əsas ehtiyacı olan tələbənin yanında oluram. Buradan bu gün də elan edirəm ki, üzərində işləməyən tələbəm mənimlə efirə çıxmayacaq. Təbii ki, üzərində çalışan hər zaman uğur qazanır"./Axşam.az pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!