“Tikinti materialları 20 faiz bahalaşıb“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Tikinti materialları 20 faiz bahalaşıb“ - Ekspert

Sosial

19 Sentyabr 2022 14:12 985


İlin əvvəlindən bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, qiymət artımının bir çox səbəbləri var. pizza mizza

"Yaxın illərdə Azərbaycanda tikinti materiallarının qiymətində ucuzlaşma olmayacaq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-bərpa işləri gedir. Həmin ərazilərə böyük həcmdə tikinti materialları lazımdır. Bu isə istər idxal olunan, istərsə də yerli istehsal üzrə materiallara tələbi kəskin artırır. Biz tələbin yüksəldiyinə görə, davamlı qiymət artımları müşahidə edirik".

R.Osmanlının sözlərinə görə, hazırda bütün tikinti materiallarının qiymətində artım müşahidə olunur:

"İl başlayandan bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb", - ekspert bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!