"TikTok"da özündən xeyli qısa boylu bir kişi ilə münasibəti sayəsində məşhurlaşan çinli bloqçu Syao Yue 26 yaşında vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, əri Zhao 4 illik birgə ailə həyatından sonra 218 sm boylu arvadının öldüyünü bildirib.
Cütlüyün 2025-ci ilin oktyabrında bir oğlu dünyaya gəlmişdi. pizza mizza
Syao Yue böyümə hormonunun həddən artıq istehsalı ilə əlaqəli nadir bir xəstəlik olan hipofiz nəhəngliyindən əziyyət çəkirdi. O həm də ikinci dərəcəli diabet xəstəsi idi. Xəstəlik ağır hiperqlikemiyaya, böyrək çatışmazlığına və digər ağırlaşmalara səbəb olub.
Bloqçu beyin şişini çıxarmaq üçün əməliyyat olunmalı idi, lakin həkimlər proseduru həyata keçirə bilməyib.
Telegram kanalımız