Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ötən gecə vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.
Nurani bir neçə ildir, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Marqarita pizza
1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.
O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, uzun müddət "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi.
Telegram kanalımız