Tolikdən özəl açıqlama –   Səidə Sultanı buna görə MƏHKƏMƏYƏ VERDİ

saytların hazırlanması

Evə çatdırılma

Tolikdən özəl açıqlama – Səidə Sultanı buna görə MƏHKƏMƏYƏ VERDİ

Şou

23 Fevral 2026 17:36 591


Bir neçə gündür ki, aparıcı Tarix Əliyevlə müğənni Səidə Sultan arasında yaşanan gərginlik gündəmdən düşmür.

Aparıcı məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, qarşı tərəfin səsləndirdiyi fikirlərlə razı deyil:

“Bir daha deyirəm, heç kimin narkoman olmağı barədə sübutum yoxdur. Məncə, onun dediyi sözlərin cavabı belə olmalıdır. Məni söyüb, şəxsiyyətimə toxunubsa, nə deməliyəm? Deməliyəm, Məryəm anasan? Mən də ona elə deməliyəm. Başqa söz nə deyim?” – deyə o qeyd edib. Dominos pizza

Tarix Əliyev əlavə edib ki, məsələni hüquqi müstəvidə həll etmək niyyətindədir: “Onu məhkəməyə verəndən sonra mənə dediklərinin arxasında dayana biləcək? Mən məhkəməyə müraciət edəcəm. Vəkillərim də var”.

Qeyd edək ki, tərəflər arasında qalmaqal sosial şəbəkələrdə qarşılıqlı ittihamlar fonunda daha da böyüyüb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!