Torpaq sürüşməsində 7 nəfər öldü, 64 itkin var

saytların hazırlanması

Evə çatdırılma

Torpaq sürüşməsində 7 nəfər öldü, 64 itkin var

Dünya

28 Mart 2023 12:57 638


Ekvadorun mərkəzi hissəsində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 64-ə çatıb. Bundan əvvəl isə 46 itkin düşmüş şəxslə bağlı məlumatlar dərc olunmuşdu. 

Yenisabah.az TASS-a istinadla xəbər verir, bu barədə Ekvadorun Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Qurumun “Twitter” səhifəsində qeyd olunub ki, 7 nəfər həlak olub, 23 nəfər yaralanıb, 64 nəfər itkin düşmüş hesab olunur. Pepperoni pizza

Ölkə prezidenti Gilermo Lasso da təbii fəlakət zonasına səfər edib. 

“Mən indicə Alausi meriyası ilə görüşdüm ki, onlara bütün lazımi tədbirləri təklif edək”, – dövlət başçısı “Twitter”də yazıb.

O, axtarış-xilasetmə əməliyyatlarının növbəti gecə ərzində davam etdiriləcəyini bildirib.

Ümumilikdə təbii fəlakət zonasında 500 nəfərə yaxın insana zərər dəyib. Beynəlxalq Qırmızı Xaç Təşkilatının məlumatına görə, 163 ev dağılıb, bir çoxu zədələnib. Fevral ayında ölkənin fövqəladə hallar departamenti Alausi bölgəsində sürüşmə və qayaların uçması riskinin olduğu barədə xəbərdarlıq etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!