Toyda rəqs edərkən maska taxılmalıdır? -   Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Toyda rəqs edərkən maska taxılmalıdır? - Rəsmi açıqlama

Sosial

29 İyun 2021 10:44 1670


“50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur”.

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Elşad Hacıyevin sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur: Dominos pizza

“Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq”.

DİN rəsmisi vurğulayıb ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil: “Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!