ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə İrana qarşı daha genişmiqyaslı hücumların mümkünlüyünü müzakirə edib.
"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, görüşdə Hörmüz boğazındakı İran hədəflərinə zərbələrlə yanaşı, İrandakı strateji hədəflərə qarşı dağıdıcı zərbələr üçün yeni planlar müzakirə olunub.
Vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dan Keyn, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və digər rəsmilər iştirak ediblər. pizza mizza
Tramp bildirib ki, İrana zərbələr Vaşinqtonun məqsədlərinə çatdığına özü qərar verənə qədər davam edəcək.
Telegram kanalımız