ABŞ Prezidenti Donald Trampın Ağ Ev ilə bəzi media qurumları arasında yaranan gərginlik fonunda “Trump TV” adlı internet kanalı fəaliyyətə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, kanal Trampın çıxışları, mühüm bəyanatları və gündəm hadisələri ilə bağlı görüntüləri yayımlayacaq.
"Trump TV" ilk saatlarda Trampın iyulun 3-də Prezidentin Raşmor dağında etdiyi çıxışın arxiv görüntüləri nümayiş etdirilib. Pepperoni pizza
Qeyd edək ki, ABŞ-nin NBC, ABC, CBS və Fox News, CNN, Politico və MS Now kimi böyük media qurumlarının Ağ Evdə keçirilən prezident brifinqlərinə girişinin məhdudlaşdırılmasına etiraz olaraq bəzi televiziya şəbəkələri Ağ Evdən canlı yayımları dayandırıb.
Ağ Evdən kənarlaşdırılan üç media qurumu isə prezident administrasiyasına qarşı məhkəməyə müraciət edib. Onlar Ağ Evi işıqlandırmaq üçün giriş imkanlarının yenidən təmin edilməsini tələb edirlər. Bundan əvvəl, şənbə günü Ağ Ev təhlükəsizlik xidməti Trampın göstərişi ilə həmin üç media qurumunun jurnalistlərinin binaya girişini qadağan edib.
Tramp qərarı özünün sosial media hesabında açıqlayıb. O, həmin media qurumlarının ABŞ prezidenti, hökumət və ölkə haqqında davamlı olaraq “yalan məlumatlar” yaydığını bildirib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız