“Tramp yolu” barədə məlumat alırıq - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Tramp yolu” barədə məlumat alırıq - Nazir

Siyasət

09 İyul 2026 10:30 72


“Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində avtomobil və dəmiryolu layihəsi ilə bağlı işlərin getdiyi bildirilib”.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ötən il Vaşinqton sammitinin çox önəmli nəticələrindən biri dəhlizin Ermənistandan keçən hissəsinin razılaşdırılması olub. pizza hut

“ABŞ da bunu dəstəkləyir. Bu istiqamətdə danışıqlar ABŞ ilə Ermənistan arasında aparılır. Ancaq TRIPP-ın giriş və çıxış hissəsi Azərbaycan ərazisidir. Ona görə ABŞ-li tərəfdaşlar bizi məlumatlandırır. Verilən vədlər ondan ibarətdir ki, proses gedir, hazırda sənədlərin hazırlanması mərhələsidir. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə yaxın aylar ərzində növbəti xəbərlər olsun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!