Tramp Zelenskidən bunu tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Zelenskidən bunu tələb etdi

Dünya

21 Sentyabr 2026 10:44 96


ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin dayandırılmasını tələb edib. Vaşinqton bu hücumların qlobal yanacaq qiymətlərinin kəskin artmasına birbaşa təsir göstərdiyini bildirir.

“Yeni Sabah” xəbər verir ki, liderlərin çərşənbə axşamı Nyu-Yorkda keçiriləcək ikitərəfli görüşdə bu məsələni ətraflı müzakirə edəcəyi gözlənilir.

Ukrayna Silahlı Qüvvələrinin hücumları Rusiyanın "Wildberries" və "Ozon" kimi ən böyük elektron ticarət platformaları üçün ciddi fəsadlar törədib. Logistika və anbar infrastrukturlarına dəyən zərər fonunda platformalar satıcıların kütləvi etirazları ilə üzləşib. pizza hut

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!