Tramp Zelenskini tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Tramp Zelenskini tənqid etdi

Dünya

14 Sentyabr 2026 12:56 74


ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiyanın energetika infrastrukturuna, xüsusilə dizel yanacağı obyektlərinə endirdiyi zərbələri kəskin tənqid edib. Tramp bu cür hücumların qlobal iqtisadiyyata və enerji bazarlarına ciddi zərər vurduğunu bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, bəyanatında Ukrayna tərəfinin hərbi taktikasına toxunan Tramp, Kiyevin hədəf seçimini dəyişməli olduğunu vurğulayıb:

"Zelenski Rusiyada dizel yanacağının məhv edilməsini dayandırmalıdır. O, başqa hədəflərə zərbələr endirə bilər, amma dizel yanacağına yox. Çünki bu, dünyada dizel yanacağı qıtlığına səbəb olur. Dizel yanacağına zərbə endirmək lazım deyil, çünki bu, dünyaya zərər vurur. Biz onun dizel yanacağına zərbə endirməsini istəmirik", — deyə o bildirib. pizza mizza

Ekspertlər Trampın bu bəyanatını qlobal enerji qiymətlərinin artması və təchizat zəncirindəki axsamalarla bağlı beynəlxalq narahatlığın göstəricisi kimi qiymətləndirirlər. Rusiyanın emal müəssisələrinə edilən hücumların dünya bazarında yanacaq təklifini azaltması fonunda bu xəbərdarlıq xüsusi diqqət cəlb edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!