“Trampı öldürmək istəyirik” - İranlı general

saytların hazırlanması

Evə çatdırılma

“Trampı öldürmək istəyirik” - İranlı general

Dünya

25 Fevral 2023 23:38 904


İran ABŞ-ın sabiq prezidenti Donald Trampı öldürmək istəyir.

Yenisabah.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə dövlət televiziyasına açıqlqmasında bildirib.

O, SEPAH-ın Qüds Qüvvələrinin sabiq komandiri Qasım Süleymaninin öldürülməsinə görə Trampın öldürülməli olduğunu vurğulayıb. pizza

"İnşallah, biz Trampı öldürməyə çalışırıq. Pompeo (keçmiş dövlət katibi Mayk Pompeo - red.) və əmr verən hərbi komandirlər öldürülməlidir", - Hacızadə deyib.

Hacızadənin məlumatına görə, İran 1650 km mənzilli qanadlı raket hazırlayıb. "Paveh” adlandırılan qanadlı raket ilk dəfə dövlət televiziyasında nümayiş etdirilib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!