Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16” qırıcısı mülki təyyarəni ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Trampın iqamətgahı üzərində həyəcanlı anlar: “F-16” qırıcısı mülki təyyarəni ələ keçirdi

Dünya

19 Sentyabr 2026 23:51 116


ABŞ-nin "F-16" qırıcısı Merilend ştatında Kemp-Devid şəhərində yerləşən və həmin vaxt Donald Trampın olduğu prezident iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarəni ələ keçirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

"2026-cı il sentyabrın 19-da, təxminən səhər saat 07:50-də (Bakı vaxtı ilə 15:50 - red.), NORAD-ın "F-16" qırıcıları Merilend ştatının Termont şəhəri üzərində şəxsi aviasiya təyyarəsini ələ keçirib. Ələkeçirmə zamanı NORAD qırıcıları pilotun diqqətini cəlb etmək üçün istilik tələlərindən istifadə edib", - deyə komandanlıq bildirib. Toyuqlu pizza

İstilik tələlərinin buraxılması yerli sakinlərin diqqətini çəkib.

Qeyd edək ki, Tramp sentyabrın 18-də axşam Kemp-Devidə gəlib və bütün həftəsonu orada qalmağı planlaşdırır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!