ABŞ Senatı İranla bağlı qətnaməni qəbul etməyib.
“Yeni Sabah” xəbər verir ki, sənəddə Prezident Donald Trampın rəhbərliyi ilə İrana qarşı həyata keçirilən hərbi əməliyyatların dayandırılması tələb olunurdu. Səsvermədə 50 senator qətnamənin əleyhinə, 49 senator isə lehinə çıxıb. Beləliklə, sənəd Senatdan keçməyib. Respublikaçı senatorların böyük hissəsi qətnaməni dəstəkləməyib. Demokratlar arasında isə yalnız Pensilvaniya senatoru Con Fetterman sənədin əleyhinə səs verib.
Qeyd edək ki, eyni qətnamə iyul ayında Nümayəndələr Palatasında qəbul olunub. Həmin səsvermədə 214 konqresmen sənədin lehinə, 208-i isə əleyhinə səs verib. pizza hut
Telegram kanalımız