Transfer sərnişin axını 34% artdı

saytların hazırlanması

Evə çatdırılma

Transfer sərnişin axını 34% artdı

İqtisadiyyat

08 Sentyabr 2026 17:02 61


Azərbaycanın əsas hava limanlarında sərnişin və uçuş dinamikası sabitliyini qoruyur.

“Yeni Sabah” Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları ümumilikdə 5,7 milyondan artıq sərnişinə xidmət göstərib və 46 mindən çox aviareys icra edib. Bölgədəki geosiyasi gərginliyə baxmayaraq, ümumi sərnişin dövriyyəsi keçən ilin səviyyəsində qalıb, reyslərin sayı isə 1,5 faiz yüksəlib.

Ölkə üzrə hava daşımalarının böyük hissəsi paytaxtın payına düşür - 8 ayda Bakı limanı 4,9 milyon sərnişin qəbul edib və 39 525 uçuş reallaşdırıb. Ən kəskin artım transit (transfer) sərnişin axınında qeydə alınıb: transit keçən şəxslərin sayı 34 faiz artaraq 373 733 nəfərə çatıb. İlin pik göstəricisi isə 15 avqustda qeydə alınıb; həmin gün Bakı aeroportu 31 360 sərnişinə və 233 uçuşa xidmət göstərib. Sezar pizza

Regional hava limanları da yüksəliş nümayiş etdirir:

Naxçıvan Beynəlxalq Hava Limanı: 574 min sərnişin (+12,7%) və 5 692 reys (+11,7%).

Gəncə Beynəlxalq Hava Limanı: 147 min sərnişin (+4,9%) və 1 107 reys (+2,1%).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!