“Tünzalə vəfat edəndə səhnədə oynayırdım”

saytların hazırlanması

Evə çatdırılma

“Tünzalə vəfat edəndə səhnədə oynayırdım”

Şou

17 Fevral 2025 13:07 260


Aktrisa Ülviyyə Əliyeva mərhum Əməkdar artist Tünzalə Əliyevadan danışıb. 

Yenisabah.az xəbər verir ki, sənətçi “Retro Bakı” yutub layihəsində onun öldüyü gün yaşadıqlarından söz-açıb:

“Saytlardan birindən zəng gəldi ki, Tünzalə ölüb. İnanmadım, zəng vurdum telefonu açmadı. Sonra öyrəndim ki, düzdür. Həmin an da səhnəyə çıxmalıydım. “Qırmızı papaq”da nənə obrazını oynayırdım. Yaxşı ki, maska taxmışdım. Ağlaya-ağlaya səhnəyə çıxdım. Tünzalə ölüb, mən səhnədə ağlaya-ağlaya oynayıram. Ürəyimdə deyirəm, necə arsız insanam, burada nə gəzirəm? Güclə oynadım və getdim”. pizza

Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa uzun sürən xərçəng xəstəliyindən vəfat edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!