Tural Məmmədova yüksək vəzifə verildi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tural Məmmədova yüksək vəzifə verildi - FOTO

İqtisadiyyat

30 Sentyabr 2026 18:48 274


Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yüksək vəzifəyə yeni təyinat olub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Tural Əlisurət oğlu Məmmədov Nəqliyyat üzrə direktor vəzifəsinə təyin edilib.

O, bu təyinatadək baş layihə inzibatçısı – Layihələrin idarəolunması departamentinin direktoru vəzifəsində çalışıb. pizza mizza

Qeyd edək ki, T.Məmmədov 1986-cı ildə anadan olub. Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər üzrə bakalavr, Böyük Britaniyanın Exeter Universitetində Maliyyə və menecment üzrə magistratura təhsili alıb. Böyük Britaniyanın “Imperial College London” ali təhsil müəssisəsinin Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramını bitirib.

O, əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) kommersiya məsələləri üzrə məsləhətçi kimi başlayıb. 2014-2020-ci illərdə “BP”nin London ofisində “Şahdəniz-2” və “Azəri-Mərkəzi-Şərqi” layihələrində xərclər üzrə baş mühəndis kimi çalışıb.

2020-2022-ci illərdə “SOCAR Trading” şirkətinin London ofisində maliyyə məsləhətçisi, 2022-2025-ci illərdə isə “PwC” şirkətinin London ofisində “Kapital layihələr və kommersiya təminatı” biznes bölməsində baş menecer kimi fəaliyyət göstərib.

T.Məmmədov həmçinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının üzvüdür.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!