“Turan Tovuz”la görüşdə qovulan Qrinvuda sərt cəza

saytların hazırlanması

Evə çatdırılma

“Turan Tovuz”la görüşdə qovulan Qrinvuda sərt cəza

İdman

06 Oktyabr 2026 13:18 107


Türkiyənin "Fənərbağça" klubunun hücumçusu Meyson Qrinvud Azərbaycan təmsilçisi "Turan Tovuz"la keçirilən yoxlama görüşündə meydandan qovulduğu üçün ciddi sanksiya ilə üzləşə bilər.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) intizam qaydalarına əsasən, hazırlıq matçlarında rəqibə qarşı kobud və şiddətli hərəkətə görə qırmızı vərəqə alan futbolçular rəsmi çempionat oyunlarından da diskvalifikasiya olunmaq riski daşıyırlar.

İngiltərəli futbolçunun Super Liqadakı rəsmi qarşılaşmaları buraxıb-buraxmayacağı Tofiq Bəhramov adına Respublika stadionundakı oyunu idarə edən baş hakim Rəvan Həmzəzadənin matçın protokolunda qeyd edəcəyi rəsmi izahatdan asılı olacaq. Hakimin raportuna əsasən intizam komitəsi tərəfindən araşdırma aparılacaq və yekun qərar veriləcək. Qeyd edək ki, "Fənərbağça"nın 2:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada Qrinvud 32-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb. Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!