Türkan qəsəbəsinin Xanlar və Ağaxan Abdullayev küçələrinin kəsişməsində yeni işıqforlar quraşdırılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“L” və “A” tipli dirəklərin üzərində nəqliyyat və piyada bölmələri quraşdırılan yeni işıqforların istifadəyə verilməsi kəsişmədə nəqliyyatın nizamlı hərəkətini təmin edib. pizza mizza
Yeni işıqforların quraşdırılması “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası əsasında həyata keçirilib.
Telegram kanalımız