Türkiyədəki güclü zəlzələdə 3 bina uçdu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədəki güclü zəlzələdə 3 bina uçdu

Dünya

28 Oktyabr 2025 01:34 339


Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlamasında danışıb.

O qeyd edib ki, vilayətin Sındırqı rayonunda üç bina və bir mağaza çöküb. Nazirin sözlərinə görə, həmin binalar istifadəsiz olub. Dağıntılar nəticəsində hər hansı canlı təlafatı qeydə alınmayıb.

Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!