Türkiyədə güclü zəlzələ - Ölən VAR

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə güclü zəlzələ - Ölən VAR

Hadisə

03 İyun 2025 09:47 6036


Aralıq dənizinin Türkiyə sahilində 5,8 maqnitudalı zəlzələ olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə qeydə alınıb. Aralıq dənizində baş verən zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir və Antalyada da hiss edilib. İnsanlar küçələrə axışıb.

Muğla şəhərinin valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

Ölən şəxsin 14 yaşlı yeniyetmə olduğu bildirilir.

Bundan əlavə, Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!