Türkiyədə məktəblər bu tarixdə açılacaq
12 Avq 2020 22:30
286

Türkiyədə məktəblər bu tarixdə açılacaq

Türkiyədə məktəblər avqustun 31-də açılacaq.

Yenisabah.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk bildirib.

“Sentyabrın 21-də Elmi Şura tərəfindən tövsiyə olunan siniflərdə tədricən üz-üzə təhsilə başlanılacaq”, - deyə o əlavə edib.

Selçuk onu da qeyd edib ki, özəl məktəblər təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər