Türkiyədə mikroavtobus dərəyə aşdı,   22 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə mikroavtobus dərəyə aşdı, 22 nəfər xəsarət aldı

Hadisə

04 İyul 2026 22:51 99


Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qəzanın mikroavtobus təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsindən sonra baş verdiyi bildirilib. pizza hut

Qeyd olunub ki, hadisə yerinə tibb, yanğınsöndürmə və polis qrupları cəlb edilib. Qəzada yaralanan və əksəriyyəti qadın olan 22 nəfər xəstəxanaya çatdırılıb. Müalicəyə götürülən yaralıların səhhətinin yaxşı olduğu açıqlanıb.

Qəza ilə bağlı araşdırma başlanılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!