Türkiyədə yenidən zəlzələ təlaşı –   Paytaxt sakinləri küçəyə qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə yenidən zəlzələ təlaşı – Paytaxt sakinləri küçəyə qaçdı

Dünya

11 Avqust 2025 16:09 265


Türkiyənin paytaxtı Ankara da zəlzələ ilə silkələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Verilən açıqlamaya görə, 3,2 bal gücündəki yeraltı təkanlar Etimesqut rayonunda, 4,68 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ xüsusilə Çankaya və Altındağ bölgələrində daha güclü hiss olunub.

Məlumata əsasən, Çankayada dövlət televiziyası binasına yaxın ərazidə yerləşən bəzi binaların sakinləri də təkanları aydın şəkildə hiss ediblər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!