Türkiyədə zəlzələ oldu

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə zəlzələ oldu

Dünya

11 Noyabr 2025 09:55 524


Türkiyənin Balıkesir bölgəsində yeraltı təkanlar səngimir.

"Yeni Sabah" xəbər verir ki, növbəti zəlzələ barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ 4.1 bal gücündə olub. Təkanların 8.12 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6.1 ballıq zəlzələ olub, üç bina dağılıb, 19 nəfər xəsarət alıb. Bundan sonra ərazidə müxtəlif maqnitudalı bir neçə zəlzələ olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!