MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştiraçıların qarşısına qoyulmuş su şüşələri maraq oyadıb.
"Yeni Sabah" xəbər verir ki, fotolarda bunun "Arçalyk" ("Arçalıq") markalı mineral su olduğu görünür.
"Arçalyk" 1997-ci ilin oktyabrında təsis edilmiş və mərkəzi ofisi Aşqabadda yerləşən, Türkmənistanda qablaşdırılmış su və alkoqolsuz içkilər üzrə aparıcı brenddir. Təmizliyi və yumşaq dadı ilə tanınan, Aşqabad yaxınlığındakı Firuzə (və ya Povriə) yeraltı bulaq mənbəyindən əldə edilir. Pepperoni pizza

Müəssisə qazlı və meyvəli içkilər, o cümlədən "Archi Premium" (Qreypfrut, Tropik, Mohito, Aloe Vera, Qazoz), "Classic" seriyası (Kola, Portağal) və 0,5 l və 1,5 l həcmli butulkalarda meyvə dadlı qazlı içkilər (Mohito, Armud, Tarxun, Zirinc, Limonad, "Buratino" və s.) istehsal edir.
Yeri gəlmişkən, mineral su məsələsinə həssas olan və xarici səfərlərə özü ilə "İstisu" aparan Prezident İlham Əliyevin qarşısına da "Arçalyk" şüşələri qoyulub.
Telegram kanalımız